[b]Sadıq Sadıqovun yeni müşaviri təyin olundu[/b]
04.09.2014 - 12:37
[b]Sadıq Sadıqovun yeni müşaviri təyin olundu[/b]

“Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə bu gün klubdaxili iclas keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

1. Vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq “Neftçi” PFK-nın icraçı direktoru Mübariz Xudiyevə tapşırılsın.

 

2. Şükürov Elnur Əşrəf oğlu klub prezidentinin müşaviri vəzifəsinə təyin edilsin.

 

Qeyd edək ki, Tahir Süleymanov “Neftçi”nin Sloveniyanın “Koper” klubuna Bakıdakı yenilgisindən (1:2) sonra vitse-prezident vəzifəsindən istefa verib. Klubda müşavir funksiyasını sonuncu dəfə Böyükağa Hacıyev icra etmişdi.