Sadıqova 1 qol çatmadı
12.01.2015 - 13:24
Sadıqova 1 qol çatmadı

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin bombardirlər cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1997-ci il təvəllüdlülərdən ibarət Azərbaycan millisi də bu siyahıda təmsil olunub.

 

Komandamızın 4 qol vuran futbolçusu İlkin Sadıqov 2-4-cü yerləri tutub. O, yalnız 5 qol vuran cənubi koreyalı Kan Civundan geri qalıb. Bakı “İnter”inin hücumçusuna liderə şərik olmaq üçün 1 qol çatmayıb.

 

Sadıqov Rusiya millisinin gürcü futbolçuları Nikoay Kipiani və Georgi Melkadze ilə eyni göstəriciyə malikdir. Təmsilçimiz şəriklərindən fərqli 1 qolunu penaltidən vurub.

 

Qeyd edək ki. millimiz turnirdə 5-ci yeri tutub.