Salif Ballo yeni komandasında dublla başladı
16.08.2014 - 11:15
“Simurq”dan ayrılan malili hücumçu Salif Ballo özünə yeni komanda tapıb. Apasport.az xəbər verir ki, 25 yaşlı hücumçu Əlcəzair çempionatında mübarizə aparan “MO Bejaia” klubu ilə anlaşıb.
Afrikalı hücumçu hətta dünən komandasının ölkə çempionatının ilk turunda “Hüsseyn Dey” klubuna qarşı keçirdiyi oyunda forma geyinib. O, 23 və 32-ci dəqiqələrdə vurduğu 2 qolla komandasına qələbə qazandırıb.
0
0