Salvador millisinin müdafiəçisi Azərbaycana gəlir
24.01.2014 - 12:46
Salvador millisinin müdafiəçisi Azərbaycana gəlir

Viktor Turkios Azərbaycanda çıxış edən ilk salvadorlu futbolçu ola bilər. Apasport.az saytının məlumatına görə, Finlandiyanın “Rovaniemi” klubunda oynayan 26 yaşlı müdafiəçi ölkəmizdən təklif alıb.

 

Bunu arxa xətt oyunçusunun özü açıqlayıb.

 

Türkiyədə hazırlıq keçən klublardan birinə qoşulmaq üçün Antalyaya yollanan mərkəzi amerikalı aldığı təklifləri orada götür-qoy edəcək: “İki il çıxış etdiyim Finlandiyada qalmaq istəmirəm. Bu üzdən indi Türkiyəyə yollanıram. Alınsa, oradakı yerli klublardan birinə keçəcəyəm. Bu variant baş tutmasa, Azərbaycan və Özbəkistandan aldığım təklifləri üzərində fikirləşəcəm. Bu ölkələrin klubları hazırda toplanışdadır. Mən də bu prosesə Türkiyədə qoşula bilərəm”.

 

Qeyd edək ki, vətənində “Atletiko Balboa” və “Luis Anhel Firpo” klublarında oynadıqdan sonra – 2012-ci ildə “Rovaniemi”yə keçən müdafiəçi 7 ildir çıxış etdiyi Salvador millisində 36 oyuna 1 qol vurub.