16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 19-dan martın 3-dək İspaniyanın paytaxtı Madriddə keçiriləcək təlim-məşq toplanışına yollanan futbolçuların siyahısı müəyyənləşib.
2016-cı ildə Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində mübarizə aparacaq millini formalaşdıracaq indiki U-16-ya 24 oyunçu cəlb olunub: Asim Abdullazadə, Kənan Allahverdiyev, Rahid Ağayev, Nazim Bağırov, Samir Əliyev (hamısı “Bakı”), İbrahim Qədirzadə, Yusif Həsənov (hər ikisi “Xəzər Lənkəran”), Məmməd Hüseynov, Nahid Zülfüqarlı (hər ikisi “Qarabağ”), Ceyhun Muxtarlı, Kamran Əliyev, Elçin Əsədov, Elvin Pənahov, Mir-Emil Həsənov (hamısı “İnter”), Fərid Nəbiyev, Aqşin Huseynov, Murad Qayalı, İlkin Abdullayev, Tural Əjdərli (hamısı “Qəbələ”), Bahadur Həziyev, Pərviz Novruzlu, Pilağa Mehdiyev, Pərviz Həsənov (hamısı “Neftçi”), Məhərrəm Həsənov (“Lokomotiv”).
Mənbə: affa.az