Samir Əliyev milli komandada
24.01.2014 - 15:30
Samir Əliyev milli komandada

Yanvarın 27-dən 31-ə qədər Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək  16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, hazırlıqlara 24 futbolçu çağırılıb.

 

“Bakı”, “Qəbələ” və “Neftçi” yığmada daha çox – hərəyə 4 oyunçu ilə təmsil olunacaq: Asim Abdullazadə, Rahid Ağayev, Nazim Bağırov, Samir Əliyev (hamısı “Bakı”), Yusif  Həsənov, Şamxal  Nəsirov, İbrahim Qədirzadə (hamısı “Xəzər Lənkəran”), Məmməd Hüseynov, Nihat Zülfüqarlı (hər ikisi “Qarabağ”), Əsgər  Hüseynov (AZAL), Aqşin Huseynov, Osman Sultanov, İlkin  Abdullayev, Tural Əjdərli (hamısı “Qəbələ”), Məhərrəm Həsənov (“Lokomotiv”), Kərim  Dadaşov (“Sumqayıt”), Ceyhun Muxtarlı, Elvin Pənahov, Elçin Əsədov (hamısı “İnter”), Mir-Emil Həsənov (klubsuz), Pərviz  Həsənov, Pilağa Mehdiyev, Ərzuman  Rizvanov, Bahadur Həziyev (hamısı “Neftçi”).

 

Mənbə: affa.az