Samir Nəsri: Milli komandadan imtina edirəm
15.05.2014 - 21:12
Samir Nəsri: Milli komandadan imtina edirəm

 

“Mançester Siti”nin fransalı futbolçusu Samir Nəsri Fransa yığmasına

çağırılmadığından milli komandanı buraxır. Apasport.az saytının məlumatına görə, Nəsri artıq ikinci dünya çempionatına çağırılmadığını xatırladaraq, bundan sonra bir daha Fransa millisinin formasını geyməyəcəyini bildirib.

 

Samir Nəsri son oyunlarda göstərdiyi oyunla “Mançester Siti”nin çempionluğunda böyük pay sahibi olub. O, son həftələrdə vurduğu qollarla komandasının çempion olmasına kömək etsə də, Fransa millisinə çağırılmayıb. Ərəb əsilli futbolçu gələcəyi üzərində düşünəcəyini və bir daha yığmanın formasını geyməmək üzərində düşündüyünü dilə gətirib: “Didye Deşampın məni milliyə çağırmayacağını təxmin edirdim. Buna görə də, özümü ən pis varianta hazırlamışdım”.

 

Nəsrinin milliyə çağırılmaması Fransa millisinin keçmiş futbolçusu Patrik Vyeranı da özündən çıxarıb. “Mançester Sitin”nin əvəzedici komandasına cavabdeh olan Vyera Nəsrinin bu mövsüm göstərdiyi futbola Braziliyaya getməyi haqq etdiyini bildirib.

 

Fransa millisinin baş məşqçisi Didye Deşamp isə Nəsrini komandada gərginlik yaradacağına görə milliyə çağırmadığını iddia edib: “Komandasında ilk 11-də meydana çıxdığı üçün məndən də bunu tələb edəcəkdi. Amma onun oyun forması yetərli deyil. Əvəzedici heyətdə qalmaqdan şikayət edəcək bir oyunçunu komandada görmək istəmirəm”.