Azərbaycan milli komandasında oynamış futbolçuların sayı 193-ə çatıb. Apasport.az saytının məlumatına görə, buna ABŞ yığmadı ilə bu gün keçirilən yoxlama oyununda 2 debütantın meydana çıxması səbəb olub.
Kaliforniyanın San-Fransisko şəhərində 0:2 hesabı ilə uduzduğumuz görüşə start heyətində çıxan Abdulla Abatsiyev ilk dəqiqələrdən debütünü rəsmiləşdirib. Sonradan oyuna daxil olan Dmitri Nazarov isə meydanda nisbətən az olub.
Bu oyunadək millimizin keçirdiyi 204 qarşılaşmada baş məşqçilər 191 futbolçuya güvənmişdi. Amerikadakı 2 debütant bu rəqəmi 193-ə çatdırdı. Bu siyahıya isə hesabında 89 oyun olan Rəşad Sadıqov başçılıq edir.
Qeyd edək ki, millimizin bu il keçirdiyi Filippinlə matçda (1:0)i Tuğrul Erat, Elvin Yunuszadə və İlkin Qırtımov yığmada debüt etmişdi.
San-Fransiskoda 2 debütant
28.05.2014 - 12:40
0
0