Saşa Yunisoğlunun komandası 1 qolla sevindi
28.01.2014 - 00:44
Saşa Yunisoğlunun komandası 1 qolla sevindi

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında XXII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” növbəti matçına çıxıb.

 

Dənizli təmsilçisi doğma arenada “Balıkesirspor”u qəbul edib. Görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yunisoğlu isə 90-cı dəqiqədə Mirlan Murzaevin əvəzinə meydana çıxıb və sona qədər mübarizə aparıb.

 

Qeyd edək ki, hazırda “Dənizlispor” 22 xalla turnir cədvəlinin 14 pilləsində yer alır.