Saşa Yunisoğlunun komandası liderə uduzdu
02.04.2014 - 09:02
Saşa Yunisoğlunun komandası liderə uduzdu

Türkiyənin I dəstəsində XXXII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk matçı İstanbulda baş tutub.

Belə ki, “İstanbul Böyükşəhər Bələdiyyəspor” öz meydanında Saşa Yunisoğlunun məxsus olduğu “Dənizlispor”la qarşılaşıb. Turnir cədvəlinin lideri olan bələdiyyə komandası minimal hesabla qalib gəlib – 1:0. Klubu ilə problemlər yaşayan Saşa yenə “18-liy”ə daxil edilməyib.

Qeyd edək ki, hazırda bütün komandalardan çox oyun keçirən “Dənizlispor” turnir cədvəlində XII pillədədir. Bu gün digər təmsilçilərimizin komandaları – “Fəthiyəspor”, “Orduspor” və “Qaziantep Böyükşəhər Bələdiyyəspor” da növbəti oyunlarını keçirəcək.