Artıq “Qalatasaray”ın veteranına çevrilən Səbri Sarıoğlu klubdan ayrılmasının şərtlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, futbolçu komandasına lazım olsa, klubu tərk edə biləcəyini vurğulayıb.
Səbri “Qalatasaray”ın jurnalına açıqlamasında vaxtilə İtaliyadan təkliflər gəldiyini, lakin o zaman üçün bu təkliflərin onu qane etmədiyini bildirib: “Hər açıqlamamda demişəm. Mən “Qalatasaray”ın övladıyam. Burada yetişdim, gözümü burda açdım. Bura mənim ikinci evimdir. “Qalatasaray”dan getməyim… Əgər bu, komandama lazım olsa, gedərəm. Ayrılsam, Türkiyənin başqa klubunda oynamaram. Ancaq ölkə xaricində oynayaram. O zaman alınmadı. Amma yenə də Avropanın ən önəmli komandalarından birində oynayıram. “Qalatasaray” forması geyirəm və bununla da qürur duyuram”.