Seçki keçirilmədən “Barselona”nın prezidenti oldu
24.01.2014 - 14:37
İspaniyanın “Barselona” klubunun yeni prezidenti məlum olub. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin rəhbəri vəzifəsinə Xosep Mariya Bartomeu təyin olunub.
Belə ki, növbədənkənar yığıncaq keçirən Direktorlar Şurası yeni prezident seçkiləri keçirməyi məqsədəuyğun saymayıb. İclasda qərar alınıb ki, 2016-cı ildə baş tutmalı olan seçkilərədək bu post müvəqqəti Bartomeuya həvalə olunsun.
Qeyd edək ki, braziliyalı ulduz Neymarın transferində fırıldaqda təqsirləndirilən Sandro Rosselin dünənki istefasından sonra prezident postu boş qalmışdı.
0
0