Şəhriyar Əliyev “Bakı”nın cavabını verdi: Mən elə "Qarabağ"ın yetirməsiyəm
14.08.2014 - 08:24
Şəhriyar Əliyev “Bakı”nın cavabını verdi: Mən elə "Qarabağ"ın yetirməsiyəm

"Bakı"nın bu istəyi təbiidir. Amma burda başqa məsələ var. Mən "Bakı" Futbol Klubunun akademiyasının yetirməsi deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Şəhriyar Əliyev deyib.

Ağdam təmsilçisinin yeni transferi klubun saytına açıqlamasında bunadək şərəfini qoruduğu “Bakı” klubunun onun üçün kompensasiya tələb etməsinə münasibət bildirib: “Mən 17 yaşıma kimi məhz "Qarabağ"da oynamışam. Daha sonra isə "Bakı"ya keçmişəm. Akademiyanın yetirməsi sayılmaq üçün isə gərək 17 yaşdan aşağı olanda bura gələydim. Yəni, mən elə "Qarabağ"ın yetirməsiyəm. 17 yaşımda "Bakı"nın əvəzedici heyətinə cəlb olunmuşam və burada 2 il oynadıqdan sonra əsas komandaya götürüblər. Başqalarını bilmirəm, amma mənimlə olan məsələ bu cürdür".