Bakının “İnter” klubunun formasını geyinən Səlahət Ağayev Azərbaycan milisinin tarixində ən etibarlı qapıçıdı. Apasport.az saytının məlumatına görə, 23 yaşlı əlcək sahibi yığmada ən azı 5 oyun keçirən qapıçılar arasında orta hesabla hamıdan az top buraxıb.
Yığmada keçirdiyi 6-cı oyununu da “quru” keçirən Ağayev bu matçlarda cəmi 1 dəfə məyus olub. Bu isə o deməkdi ki, Səlahət hər qarşılaşmada təxminən 0,17 qola üzülüb.
Səlahətin nəticəsi millimizin rekordudu.
Yığmada 5 və daha çox oyun keçirən 9 qapıçı arasında yalnız 3 futbolçuda bu rəqəm 1-dən aşağıdı. Səlahətdən başqa, Rauf Mehdiyev və Hüseyn Məhəmmədov bununla öyünə bilər.
Millidə ən çox oyun keçirən qapıçı – Özbəkistanla matçda ehtiyatda qalan Kamran Ağayev isə siyahıda 4-cüdü. Lakin onun göstəricisi liderdən təxminən 8 dəfə zəifdi. Ümumilikdə isə ən aşağı göstərici Dmitri Kramarenkoya məxsusdu.
Azərbaycan millisində ən azı 5 oyun keçirən qapıçılar
|
Yer |
qapıçı |
oyun |
qol |
orta |
|
1 |
Səlahət Ağayev |
6 |
-1 |
-0.17 |
|
2 |
Rauf Mehdiyev |
5 |
-4 |
-0.80 |
|
3 |
Hüseyn Məhəmmədov |
14 |
-12 |
-0.86 |
|
4 |
Kamran Ağayev |
47 |
-66 |
-1.40 |
|
5 |
Cahangir Həsənzadə |
34 |
-48 |
-1.41 |
|
6 |
Fərhad Vəliyev |
32 |
-49 |
-1.53 |
|
7 |
Aleksandr Jidkov |
22 |
-40 |
-1.82 |
|
8 |
Elxan Həsənov |
16 |
-30 |
-1.88 |
|
9 |
Dmitri Kramarenko |
33 |
-73 |
-2.21 |