Səlcuk İnan İngiltərədə komanda axtarır
13.05.2014 - 22:31
Səlcuk İnan İngiltərədə komanda axtarır

 

“Qalatasaray”ın futbolçusu Səlcuk İnan İngiltərədə oynaya bilmək üçün özünə komanda axtarır. Apasport.az saytının məlumatına görə, bu işlə vaxtilə Rüştü Rəncbəri “Barselona”ya aparan israilli menecer Pini Zahavi məşğul olur.

 

Səlcukun İngiltərəyə köçmək istəməsinin əsas səbəbi onun sevgilisidir. Gənc qız İngiltərədə ali təhsil alır və artıq Türkiyəyə geri dönmək istəmir. Sevgilisinin yanında olmaq istəyən Səlcuk da bu səbəbdən özünə bu ölkədə komanda axtarmağa başlayıb.

 

Mövsüm arası transfer zamanı futbolçuya “Fulhem”dən təklif gəlib. Amma o zaman tərəflər razılaşa bilməyiblər. İndi isə israilli menecer Pini Zahavinin növbəti mövsümdən Premyer Liqada oynayacaq “Leiçester”lə danışıqlar apardığı bildirilir. Bundan əlavə, Zahavi Səlcuk üçün “Hall Siti”dən də təklif gətirib. Amma Səlcukun Londondan 3,5 saat uzaqdakı daha sanballı “Hall Siti” əvəzinə, İngiltərə paytaxtının 1 saatlığındakı “Leiçester”in təklifini nəzərdən keçirdiyi iddia edilir.