“Fənərbaxça”nın və Türkiyə millisinin keçmiş oyunçusu Semih Şenturk İstanbula dönə bilər. Apasport.az saytının məlumatına görə, “Antalyaspor”un Super Liqaya vida etməsindən sonra sərbəst qalan futbolçu “İstanbul B.B.” ilə təmaslara başlayıb.
Şentürkün “Antalyaspor”la müqaviləsində qeyd edilib ki, komanda ikinci liqaya düşdüyü halda, futbolçu sərbəst agent statusu qazanır. Hazırda bu statusundan istifadə edən futbolçu “İstanbul B.B.” və “Kasımpaşa” ilə danışıqlar aparır. Onun İstanbula dönmək şansı daha böyükdür.
Futbolçunun meneceri Ogün Erdem xəbəri təsdiq edib. O, hələlik Şentürkə xaricdən təklif gəlmədiyini deyib: “Amma təklif gəlsə və şərtlər bizi Qane etsə, xaricdə də oynaya bilər”.