Sərgən Yalçın millimizin hücumçusunu komandadan qovdu
05.01.2015 - 20:31
“Sivasspor”un baş məşqçi Sərgən Yalçın 4 futbolçunu komandadan uzaqlaşdırıb. Apasport.az saytının məlumatına görə, bunlar arasında millimizin hücumçusu Cihan Özkaranın adı da var.
Təcrübəli mütəxəssis istəmədiyi 4 oyunçunun adını artıq rəhbərliyə təqdim edib. Cinandan başqa Ahmet Şahbaz, Bərk Nəziroğluları və Makauli Krisantus da komandadan qovulub.
Qeyd edək ki, Cihan Özkara 2011-ci ildən "Sivasspor"da forma geyinir.
0
0