[b]Sergey Kravçenko: “Qarabağ”a məğlubiyyət utandırıcıd[/b]ı - MÜSAHİBƏ
24.10.2014 - 09:05
[b]Sergey Kravçenko: “Qarabağ”a məğlubiyyət utandırıcıd[/b]ı - MÜSAHİBƏ

“Dnepr”in yarımmüdafiəçisi Sergey Kravçenko Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”a uduzduqları görüşdən (0:1) sonra ukraynalı jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının xəbərinə görə, 31 yaşlı futbolçu nəticəni komandası üçün utandırıcı adlandırıb.

 

- Öz meydanınızda “Qarabağ”a məğlubiyyətə necə şərh verərdiniz?

- Bu gün oyunumuz alınmadı. Məğlubiyyətə kifayət qədər səbəb var. “Qarabağ” bizə öz oyunumuzu göstərməyə imkan vermədi. İstədiyimizi edə bilmədik. Hansı mövqelərdə zəif oynadığımızı deyə bilmərəm. Ümumilikdə komanda zəif çıxış etdi. Qol vurmaq üçün imkanımız olsa da, bundan yararlana bilmədik. Rəqib isə qol vurduqdan sonra tamamilə müdafiəyə çəkildi. “Qarabağ”ın müdafiəsini yarmaq çox çətin idi.

 

- Baş məşqçiniz Miron Markeviç bildirib ki, daha istəkli oynaması “Qarabağ”ın qələbə qazanmasına səbəb oldu. “Dnepr”də isə bu istək yox idi. Bu fikirlərlə razısınız?

- Bəlkə də meydandan kənarda belə görünüb. Amma “Qarabağ”la qarşılaşmanın bizim üçün çox vacib olduğunu bilirdik. Məncə, istək var idi, lakin səhvlər həddindən artıq çox oldu. İndi çox şey danışmaq olar. Matç isə geridə qaldı və biz uduzduq. Əgər oyun bizim qələbəmiz ilə bitsəydi, indi fərqli şeylər danışırdıq. Amma evdə uduzmaq çox pis nəticədi.

 

- Azərbaycan təmsilçisi Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazandı. Bu, sizin üçün utandırıcıdı?

- Əlbəttə, “Qarabağ”a məğlubiyyət utandırıcıdı. Biz qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirdik. “Qarabağ”ı məğlub etmək lazım idi. Baxmayaraq ki, onlar heç də zəif komanda deyil. Amma yenə də “Dnepr” Ukraynada 3 xalı qazanmalı idi.

 

- “Dnepr”in növbəti mərhələyə çıxmaq şansı azaldı. Bu fikirlə razısınız?

- Evdə “Qarabağ”a uduzduğumuzu nəzərə alsaq, elədi. Əgər 3 xal qazansaydıq, tamam fərqli olacaqdı. Diqqət yetirsək, biz Avroliqanın 3 oyununda 1 qol da vura bilməmişik. Bu, həqiqətən pis nəticədi.

 

- Belə oyunla irəli getmək mümkündü?

- Sizinlə razıyam. Belə oynasaq, irəli gedə bilməyəcəyik.  Daxili çempionatdakı kimi çıxış etməliyik.

 

Football.ua

 

 

 

0