“Azərbaycanla oyun xoş təəssürat yaratdı. Yaxşı düşünülmüş, kombinasiyalı futbol oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un sabiq baş məşqçisi Sergey Yuran deyib.
Rusiya yığmasının sabiq hücumçusu millisinin Azərbaycanla yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Hazırda işsiz olan 45 yaşlı mütəxəssis yığmamızın Bakıda Rusiya ilə heç-heçə (1:1) etdiyi oyunundan əsər-əlamət qalmadığını bildirib: “Digər tərəfdən yadda saxlamaq lazımdır ki, rəqib Azərbaycan idi. Bu komanda çox qorxunc deyil, xüsusən də səfərdə. İstənilən halda, Bakıdakı inadla mübarizə aparan komandanı görmədim. Bununla belə, hesab edirəm ki, məhz belə bir rəqibin yoldaşlıq matçına seçilməsi düzgün idi. Dünya çempionatından sonra bizdə zədəlilər vardı, çoxlu tənqid olunurduq. Oyunçulara özlərinə inamın qaytarılması lazım idi. Allah eləsin ki, Azərbaycanla matçda olduğu kimi daha güclü komandalarla da belə oynamağa davam edək”.
Qeyd edək ki, Yuran 2011/12 mövsümündə “Simurq”u çalışdırıb.