“İki il yarımdı məşqçilikdən uzağam. Təbii ki, futbol üçün darıxmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun keçmiş baş məşqçisi Sergey Yuran deyib.
Rusiya mətbuatına danışan 45 yaşlı məşqçi Azərbaycandakı karyerasını da yada salıb: “Məşqçi üçün işsiz qalmaq çox çətindi. “Sibir” klubundan ayrılandan boşam. Zəngin məşqçilik karyeram var. Rusiya ilə yanaşı, Qazaxıstan və Azərbaycanda da məşqçilik etmişəm. İşlədiyim hər yerdə yeni bir şey öyrənmişəm. Sözsüz ki, yenidən məşqçilik etmək arzusumdayam. Gənc və istəkliyəm. Uğur qazanmaq üçün özümdə güc hiss edirəm”.
Qeyd edək ki, 2011-ci ildə “Simurq”u çalışdırmış Yuran Rusiyanın I Divizion təmsilçisi “Baltika”nın baş məşqçisi postuna əsas namizəddi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı