Seriya 278-də qaldı
28.05.2014 - 08:35
Seriya 278-də qaldı

Azərbaycan yığmasının “quru” seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, son 2 qarşılaşmada qapısını toxunulmaz saxlayan millimiz ABŞ-la San-Fransiskodakı görüşdə qol üzüntüsü yaşayıb.

 

2013-cü il noyabrın 15-də Estoniya ilə səfər matçının 66-cı dəqiqəsində Joel Lindperin vurduğu qoldan sonra komandamız müdafiədə etibarlı oynayırdı. Həmin görüşdən 4 gün sonra Qırğızıstan, 2014-cü il martın 5-də isə Filippin yığmamızın arxa xəttini yara bilməmişdi.

 

ABŞ-la oyunun 75-ci dəqiqəsində Miks Diskerud bu seriyanı dayandırdı. Komandamız 275 dəqiqəlik “quru” seriyası ilə okeanın o tayında vidalaşdı.

 

Qeyd edək ki, yığmamız ABŞ-a 0:2 hesabı ilə uduzub.