Serxio Ramos “El Klasiko”ya yetişəcək
09.03.2015 - 10:06
“Real”ın mərkəz müdafiəçisi Serxio Ramos zədəsini sağaldıb. Apasport.az saytının məlumatına görə, Madrid klubunun aparıcı futbolçusu artıq kollektivlə birgə məşqlərə qoşulub.
Fevralın əvvəlində ombasından xəsarət alaraq sıradan çıxan Ramos 5 həftəlik fasilədən sonra komandaya qoşulmağı bacarıb. Həkimlər artıq onun heç bir probleminin qalmadığını və La Liqanın növbəti turunda komandasına kömək edə biləcəyini söyləyiblər. Bu isə o deməkdi ki, Ramos “Barselona” ilə keçiriləcək “El Klasiko”ya hazır olacaq.
Qeyd edək ki, “Barselona” – “Real” oyunu martın 22-də keçiriləcək.
0
0