Serxio Ramos Florentino Pereslə razılaşmadı
22.01.2015 - 00:17
Serxio Ramos Florentino Pereslə razılaşmadı

“Real”ın müdafiəçisi Serxio Ramos madirdlilərin yeni təklifini rədd edib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu 2017-ci ilin yayına qədər müqavilənin müddətini uzatmaq istəməyib.

 

“Kral klubu”nun prezidenti Florentino Pereslə yeni “nigah”ın şərtlərini müzakirə etmək üçün görüşən Ramos maaşının az olması ilə razılaşmayıb. “Real” rəhbərliyi ona ildə 6 milyon avrodan az məvacib təklif edib. Serxionun istədiyi pul olmadığı üçün Peres mövsümün sonuna kimi danışıqları təxirə salıb.

 

Qeyd edək ki, “Real”ın heyətində yalnız Kriştianu Ronaldo daha çox maaş alır – 17 milyon avro. Daha sonra Qaret Beyl (11 milyon), Kərim Benzema (8 milyon) və İker Kasilyas (6 milyon) qazanan futbolçular sırasında göstərilir.