Simeone: “Atletiko” bu cür davam etsə, qalacam
20.01.2015 - 10:02
Simeone: “Atletiko” bu cür davam etsə, qalacam

“Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone Madrid klubundan ayrılacağı ilə bağlı xəbərləri təkzib edib. Apasport.az saytının məlumatına görə, 45 yaşlı çalışdırıcı işindən razı olduğunu bildirib.

 

“Atletiko”nun inkişafda olduğunu deyən Simeone bu cür davam edəcəyi təqdirdə, Madrid klubunda çalışmaq istədiyini vurğulayıb: “Klub ildən-ilə inkişaf etməyə çalışır. Bu, çox vacib amildi. Komanda isə varlığını sübut etmək üçün mübarizə aparır. Əgər “Atletiko” inkişafa davam etsə, burda qalacam”.

 

Qeyd edək ki, Simeone 2011-ci ildən “Atletiko”nun sükanı arxasındadı. Onun rəhbərliyi altında madridlilər La Liqa, İspaniya Kuboku, İspaniya Superkuboku, Avropa Liqası və Avropa Superkubokunun qalibi, Çempionlar Liqasında isə finalçı olublar.