Simeone: Buna görə də, finaldayıq
24.05.2014 - 01:45
Simeone: Buna görə də, finaldayıq

 

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının finalı öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis komandasının əsas keyfiyyətləri barədə danışıb.

 

Simeone son 2 ildə oyunçuların onu təəccübləndirməkdə davam etdiklərini söyləyib: “Mən onlara təşəkkür edirəm. Onlar meydanda mənim komandada görmək istədiyimi nümayiş etdirirlər – ehtiras, birlik, sadiqlik. Bu keyfiyyətlər sayəsində onlar idmançılıqdan çıxaraq, daha böyük olublar. Zədəlilərimiz özlərini daha yaxşı hiss edirlər. Amma yenə də onların özlərini necə hiss etdiyinə baxmaq lazımdır. Kosta və Arda vacib oyunçulardır. Amma onlar sadəcə adlardır. Biz “Real”ın necə oynayacağını bilmirik. Amma müxtəlif variantları nəzərdən keçirmişik, onlara qol-qanad açmağa imkan verməməyə və oyuna nəzarət etməyə çalışacağıq. Bizim motivasiyamız həddən artıq böyükdür. Təzyiq olmasaydı, diqqətimizi cəmləmək daha asan olardı. Oyun zamanı belə faktorlara əhəmiyyət vermək olmaz. Mən çoxlarının düşündüyü kimi özümü həddən artıq yüklənmiş hiss etmirəm. Amma çiyinlərimdə böyük məsuliyyət hiss edirəm. Məni indi sadəcə oyun maraqlandırır. Mən bütün diqqətimi oyun üzərində cəmləməli, başqa hər şeyi bir kənara atmalıyam. Oyuna bir çox tanışlarım gələcək. Bu, ciddi qarşıdurma olacaq. Bizim kompakt, yaxşı strukturu olan komandamız var. Bu komanda oyun zamanı baş verən ayrı-ayrı situasiyalara reaksiya verə bilir. Buna görə də finaldayıq. Siz topa nəzarət etməklə, əks-hücumlardan istifadə edərək üstünlük əldə edə bilərsiniz. Siz oyunu istədiyiniz kimi analiz edə bilərsiniz. Amma bunlar hamısı fərziyyədir. Futbol bununla gözəldir”.