Simeone: Mərhələ adlamağımız çox çətindir, amma...
11.02.2014 - 07:36
Simeone: Mərhələ adlamağımız çox çətindir, amma...

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinalında sabah “Real”la keçirəcəkləri oyunla bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan 43 yaşlı mütəxəssis ilk oyundakı 3:0 hesablı məğlubiyyətə baxmayaraq, yenə də sona qədər savaşacaqlarını deyib:

 

“Mərhələ adlamağımız çox çətindir, amma həyatda heç bir şey mümkünsüz deyil. Özümüzü inkişaf etdirməklə bağlı məsələyə köklənməliyik. Komanda mübarizə aparar, çalışar, savaşar və bəhanələrin arxasına gizlənməz. Biz ye də sona qədər savaşacağıq. “Real”ın işini çətinə salmaq üçün əlimizdən gələni edəcəyik”.