Dieqo Simeone qərarını verdi, müqavilə imzaladı
24.03.2015 - 10:00
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone gələcəyi ilə bağlı yekun qərarı verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Atletiko”da qalmağı üstün tutub.
“Mançester Siti” başda olmaqla, Avropanın bir neçə nəhəng klubunun maraq dairəsində olan argentinalı çalışdırıcı Madrid təmsilçisi ilə yeni müqavilə imzalayıb. Anlaşmaya görə, o, 2020-ci ilə qədər “Atletiko”nun “sükanı arxası”nda olacaq. Bununla da Simeone “Atletiko”dan gedəcəyi ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.
0
0