Simeoneyə 8 oyunluq diskvalifikasiya
25.08.2014 - 21:45
“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone 8 oyunluq diskvalifikasiya olunub. Apasport.az saytının məlumatına görə, bununla bağlı İspaniya Kral Futbol Federasiyası qərar qəbul edib.
Argentinalı mütəxəssis İspaniya Superkuboku uğrunda “Real Madrid”ə qarşı cavab oyununda qırmızı vərəqə alıb. Simeone hakimliyə etiraz edərək ehtiyat hakimə toxunduğuna görə cəzalandırılıb. O, hakimin boynunun ardından vurub. Oyun 1:0 hesabı ilə “Atletiko”nun xeyrinə başa çatıb.
İspaniya çempionu və Çempionlar Liqasının finalçısı olan “Atletiko Madrid” qərardan şikayət etməyə hazırlaşır.
0
0