“Simurq” qələbə ilə başladı - YENİLƏNİB
16.01.2014 - 18:43
“Simurq” qələbə ilə başladı - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Simurq” ilk yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, zaqatalalılar Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan "Velbert" klubu ilə qarşılaşıblar.  

Görüş Georgi Çixradze yetirmələrinin qələbəsi ilə başa çatıb. Belə ki, Draqan Çeranın 39-cu dəqiqədə vurduğu qol matçın taleyini həll edib.

 

Yoxlama oyunu
SİMURQ - Velbert (Almaniya) - 1:0


Qeyd edək ki, “Simurq” Antalyada daha 3 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərdən birinin Rumıniya "Vasluy"u (19 yanvar) olacağı bilinsə də, digər 2 komandanın adı və oyunun keçirilmə vaxtı yaxın günlərdə bilinəcək.