[b]Şirəliyevin 150 min dollarlıq günahı[/b]
14.01.2016 - 15:24
[b]Şirəliyevin 150 min dollarlıq günahı[/b]
Rəhbərliyinin səriştəsizliyi üzündən başı dərddən açılmayan “Rəvan”la bağlı daha bir ilginc xəbər var. Apasport.az futbolinfo.az saytına istinadən xəbər verir ki, böhranda olan “Xəzər Lənkəran”, “İnter”, “Bakı” kimi “aslanlar” da FİFA-nın hədəfindədi.


Üst-üstə gələn cəzalar bu klubun yaşamasını mümkünsüzə çevirib. “Rəvan” son günlər məlum olan borclarını ya ödəməli, ya da fəaliyyətinə son qoymalıdı ki, borcları silinsin.

Keçmiş oyunçuları Julio Sezara 79, Tyaqo de Souza Bezerraya 15 min dollar ödəməli olan bakılılar canını bununla qurtarmayacaq. Çünki Tyaqonun vəkili FİFA-nın bu cəriməsini az hesab edir vəBeynəlxalq  İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edərək məbləğin 80 min dollara qaldırılmasını istəyəcəklər.

Qışda komandadan ayrılan Şerif Suma da 3 aydı pulunu ala bilmir. O, saytımıza açıqlamasında həmin məbləğin ödənilməyəcəyi təqdirdə FİFA-ya şikayət edəcəyini bildirib.

Bunlar hələ sizə bəlli olan mətləblərdi. Dünən AFFA-nın adının aşıqlanmasını istəməyən bir əməkdaşının verdiyi informasiya isə daha maraqlıdı. Sən demə, “Rəvan” bundan öncə də cəzalanıb və 3 ildi həmin məbləği ödəmir. Söhbət eston futbolçu Artur Kotenkodan gedir.

2011-ci ildə “Rəvan”a əsas qapıçı kimi gələn, amma müəmmalı şəkildə 4 oyundan sonra qovulan legioner FİFA-ya şikayət edərək istəyinə çatıb. Bakı klubuna 150 min dollar cərimə kəsilib ki, klub da bunu hissə-hissə ödəyir. Ancaq hələ də cərimənin böyük qismi futbolçuya çatmayıb.

Bu məsələnin əsas günahkarı klubun ovaxtkı vitse-prezidenti Bəhruz Şirəliyevdi. Məhz o, Gəncədə yerli komandayla keçirilən oyunda Arturun bilərəkdən top buraxdığını düşünərək heç bir sübut olmadan qovulma qərarı vermişdi. Kotenko isə Şirəliyevə FİFA-da dərs vermək qərarına gəlib və istəyinə çatib.