Skolari: Məsuliyyəti mən daşıyıram
09.07.2014 - 05:03
Skolari: Məsuliyyəti mən daşıyıram

Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari dünya çempionatının yarımfinalında Almaniya millisinə biabırçı məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb. Apasport.az saytının məlumatına görə, Braziliya tarixində ən böyük hesabla məğlub olub.

 

Skolari böyük komandaya uduzduqlarını vurğulayıb: “Almaniya bu gün fantastik oyun göstərdi. Amma bu gün hər şey bizim əleyhimizə idi. Qol buraxandan sonra panikaya düşdük. Sonra qollar bir-birinin ardınca qapımıza vuruldu. Bu, faciəli nəticədir. Heyəti və taktikanı mən müəyyənləşdirdiyimdən, məsuliyyəti də mən daşıyıram. Mən Braziliya xalından bu məğlubiyyətə görə üzr istəmək istəyirəm. Ümid edirəm ki, insanlar bizi bağışlayacaqlar və üçüncülük uğrunda görüşdə dəstəkləyəcəklər. Uşaqlar çox pis vəziyyətdədirlər. Heç kim belə nəticə gözləmirdi. Amma artıq heç nə etmək mümkün deyil”.