Skolari barəsində araşdırma başlandı
15.05.2014 - 05:31
Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari Portuqaliyada işlədiyi zaman vergidən yayınmaqda şübhəli bilinir. Apasport.az saytının məlumatına görə, artıq onun barəsində araşdırma başlanıb.
Braziliya və Hollandiya mətbuatı bildirir ki, Skolari vergidən 9 milyon dolları gizlətməkdə ittiham olunur. Baş məşqçi özü bu ittihamı rədd edir.
Luis Felipe Skolari 2003-2008-ci illərdə Portuqaliya yığmasının baş məşqçisi postunu tutub. Hazırda o, Braziliya yığmasını dünya çempionatına hazırlaşdırmaqla məşğuldur.
0
0