Skolari karyerası barədə danışmaqdan imtina etdi
10.07.2014 - 01:48
Skolari karyerası barədə danışmaqdan imtina etdi

 

Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari hələlik gələcək karyerası ilə bağlı danışmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, o, milli komandadakı taleyini ancaq üçüncülük uğrunda görüşdən sonra müzakirə edəcəyini bildirib.

 

Skorali hələlik qarşıda görüş olduğunu və işləmək gərəkdiyini vurğulayıb: “Mənim Braziliya Futbol Konfederasiyası ilə müqaviləm var. Həmin müqavilə dünya çempionatının sonuna qədər nəzərdə tutulub. Bizim üçün isə dünya çempionatı şənbə günü bitəcək. Ancaq üçüncülük uğrunda yarışdan sonra federasiyanın rəhbərliyi ilə danışacağam. Hər şey o zaman bəlli olacaq”.