Georgiyevski: Növbəti mövsüm karyeramda sonuncu ola bilər
24.05.2014 - 09:42
Georgiyevski: Növbəti mövsüm karyeramda sonuncu ola bilər

“Sevinirəm ki, daha bir il “İnter”də çıxış edəcəyəm. Gələn mövsümdə də komandaya fayda verməyə çalışacağam”. Apasport.az saytının məlumatına görə, bunu makedoniyalı futbolçu Slavço Georgiyevski deyib.

 

Təcrübəli yarımmüdafiəçi “İnter”lə müqaviləsini daha bir uzatdıqdan sonra fikirlərini açıqlayıb. O, karyerasını Azərbaycanda bitirəcəyini də istisna etməyib: “Artıq iki ildir ki, "İnter"in formasını geyinirəm və bu klubda məni hər şey qane edir. Növbəti mövsüm futbolçu karyeramda sonuncu ola bilər. Lakin indi mən ancaq gələcək oyunlar haqqında düşünürəm. Qarşıda bizi Avropa Liqasında çıxış gözləyir və bu oyunlara ciddi hazırlaşmalıyıq”.

 

Qeyd edək ki, Georgiyevski Topaz Premyer Liqasının son mövsümündə 21 matça çıxaraq, 1 qola imza atıb.