Azərbaycan milli komandasının futzal üzrə Avropa çempionatında keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına yanvarın 31-də Sloveniya ilə baş tutacaq qarşılaşma portuqaliyalı referiyə tapşırılıb.
Belə ki, Eduardo Fernandes Koelyu qarşılaşmanın 1-ci hakimi olacaq. Görüşün 2-ci referisi isə rumıniyalı Boqdan Soreskudur. Belçikalı Paskal Lemala da təyinat verən UEFA onu matçın 3-cü hakimi kimi təsdiqləyib. Oyunun vaxtına nəzarət isə macarıstanlı referi Balaj Farkaşa tapşırılıb.
Qeyd edək ki, Antverpendə baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.