Sloveniya – Azərbaycan oyunundan sonra dava düşdü
01.02.2014 - 02:25
Futzal üzrə millimizin Sloveniya ilə oyunundan sonra dava düşüb. Apapsport.az saytının Antverpenə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bol qollu keçən oyun gərginliyi ilə də seçilib.
Belə ki, oyun ərzində tərəflər arasında kobudluqlar qeydə alınıb. Bunun nəticəsi olaraq, oyundan sonra Sloveniyanın kapitanı İqor Osredkarla millimizin kapitanı arasında kiçik qarşıdurma yaşanıb. Digər futzalçıların müdaxiləsi məsələnin böyüməməsinə səbəb olub.
Qeyd edək ki, millimiz Sloveniya ilə oyunda hesabda geri olsa da, son dəqiqələrdə vurduğu qollarla qələbə qazanmağı bacarıb – 7:6.
0
0