Braziliya yığması ilə üçüncü yer uğrunda oyundan sonra milli komandanı tərk edəcək Hollandiya yığmasının baş məşqçisi Lui van Qal “Qalatasaray”ın futbolçusu Uesli Sneyderi özü ilə “Mançester Yunayted”ə aparmaq istəyir. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Sneyderin “Old Traffeord”da oynaması üçün “Qalatasaray”a 16 milyon funt ödənilməsini istəyib.
“The Sun” qəzetinin yazdığına görə, çempionat başlamamışdan öncə Sneyderi yığmaya çağırmaqda tərəddüd edən van Qal, indi onun göstərdiyi oyuna heyran olub. Bu səbəbdən də, onu mütləq özü ilə “Mançester Yunayted”ə aparmaq istəyir. “Qalatasaray”ın hazırkı baş məşqçisi Çezare Pirandelli isə vaxtilə “İnter”də bir yerdə işlədiyi hollandiyalı futbolçunu İstanbulda saxlamaq niyyətindədir. Amma “Qalatasaray” rəhbərliyi Sneyderin getməsinə mane olmayacağını bildirib. Klub başqanı Ünal Aysal buna imkanlarının olmadığını vurğulayıb: “Sneyder gözəl futbolçudur. Onu saxlamaq istəyirik. Amma 20 milyon avroluq təklif alsaq, buraxmaq məcburiyyətindəyik. Başqa imkanımız yoxdur. Bu, müqavilədə də yazılıb. Hansısa klub 20 milyon avro təklif etsə, onu saxlaya bilmərik”.