Sneyder maaşının azaldılmasına da razıdı, təki...
02.01.2015 - 16:27
Sneyder maaşının azaldılmasına da razıdı, təki...

“Qalatasaray”ın hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyder karyerasını yenidən İtaliya çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu ilə “Yuventus” danışıq aparır.

 

Sneyderin özü də “qoca sinyora”ya keçmək istəyir. Onun “Qalatasaray”la müqayisədə “Yuventus”da daha az maaş almağa razı olduğu bildirilir. Hazırda İstanbul klubunda ilinə 6 milyon avro qazanan Sneyder İtaliyada bundan az məbləğə oynamağın əleyhinə deyil.

 

Qeyd edək ki, karyerası ərzində “Ayaks” və Madrid “Real”ının da formasını geyinən Sneyder 2009-2013-cü illər ərzində “İnter”də çıxış edib.