Sneyderdən penalti etirafı
12.07.2014 - 03:35
Sneyderdən penalti etirafı

 

Standart vəziyyətlərdən vurduğu qollarla məşhur olan Uesli Sneyder Argentina ilə matçda penaltilər seriyası zamanı uğursuzluğunun səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Hollandiya millisinin futbolçusu ona argentinalı qapıçı Serxio Romeronun qışqırmasının mane olduğunu iddia edib.

 

“Sampdoriya”da oynayan Romero hələ “İnter”də oynayan zaman italyan dilini öyrənən Sneyderin fikrini dağıdıb. “Qalatasaray”ın futbolçusu zərbəni vurmağa hazırlaşan an Romero italyan dilində üç dəfə “Mənə bax” deyə qışqırıb. Qapıçının çox yüksək səslə qışqırması Sneyderin fikrini dağıdıb. Məhz buna görə də, Sneyder o an başını qaldırıb və Romero onun topu qapının hansı küncünə yönəldəcəyini təxmin edərək, zərbəni dəf edib.