Sneyderin həyat yoldaşından Soma mesajı
16.05.2014 - 23:59
“Qalatasaray”ın futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Cabau Somadakı faciə ilə bağlı mesaj yayıb. Apasport.az saytının məlumatına görə, Cabau faciədən üzüldüyünü bildirib.
Hər fürsət düşən kimi Türkiyəni çox sevdiyini və İstanbulda xoşbəxt olduğunu bildirən gözəl aktrisa artıq xeyli müddətdir türk dilini də öyrənir. Cabau Somadakı faciə ilə bağlı başsağlığı verib: “Somadakı faciə xeyli insanın həyatına son qoydu. Sizinlə yaşayıram və hər bir şəxs üçün dua edirəm”.
Aktrisa sosial şəbəkədə matəm əlaməti olaraq şaxtaçı dəbilqəsi və qara bantları da paylaşıb.
0
0