Sneyderin qiyməti 2 dəfə qalxdı
14.05.2014 - 02:09
Sneyderin qiyməti 2 dəfə qalxdı

“Qalatasaray” rəhbərliyi mövsümün ikinci yarısında möhtəşəm oyun göstərən hollandiyalı futbolçu Uesli Sneyderin qiymətini iki dəfə qaldırıb. Apasport.az saytının məlumatına görə, hər fürsətdə “Qalatasaray”dan ayrılmaq fikrində olmadığını deyən ulduz futbolçuya Avropanın ən böyük klublarından təklif yağır.

 

İstanbul klubunun rəhbərliyi “Snayper” ləqəbli Sneyderi “İnter”dən 7,5 milyon avroya alıb. Əvvəlcə Sneyderə 15 milyon qiymət qoyan “Qalatasaray” klubu onu ucuz satmamaq üçün hazırda bu qiyməti 30 milyon avroya qaldırıb. Rəhbərlik hətta bu qiymətin belə Sneyder üçün ucuz olduğunu bildirir: “Arda Turan üçün “Atletiko Madrid” 41 milyon avro qiymət qoyub. Təbi ki, Arda gəncdir. Amma Sneyderin də komandaya verdiyi göz önündədir”.