[b]Yığmamız uduza-uduza gedir[/b]
29.03.2014 - 12:07
[b]Yığmamız uduza-uduza gedir[/b]

Rusiyanın Soçi şəhərində təşkil olunan “Kuban baharı” turnirində təsəlliverici qrupun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 9-12-ci yerlər uğrunda mübarizə aparan 4 komanda son turun görüşlərini keçirib.

 

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu dəfə Türkiyə ilə üz-üzə gəlib. İlk 30 dəqiqədə 2 qol buraxan komandamız 0:2 hesabı ilə uduzub.

 

Bu matçadək sonuncu yeri tutacağı rəsmiləşən millimiz 6-cı qarşılaşmasında da meydandan məğlub ayrılıb. Günün digər matçında isə Macarıstan İranı darmadağın edib – 6:1.

 

Qeyd edək ki, yığmamız qrup mərhələsində İsrailə 0:1, Rusiya və Rumıniyanın hər ikisinə 0:3, təsəlliverici qrupda isə Macarıstana 1:2, İrana 0:1 hesabı ilə yenilmişdi.

 

1

Macarıstan

3

2

1

0

9-3

7

2

Türkiyə

3

2

1

0

4-1

7

3

İran

3

1

0

2

2-7

3

4

Azərbaycan

3

0

0

3

1-5

0