Soma faciəsi Ardanı da yıxdı
14.05.2014 - 23:49
Somada baş verən mədən qəzası Türkiyə millisinin və “Atletiko Madrid”in futbolçusu Arda Turanı da yıxıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi faciədən sonra ölkəsinə başsağlığı verib.
Arda bütün türklər üçün çox ağır gün olduğunu bildirib: “Mən də Madriddən ölənlərin ailələrinin dərdini bölüşürəm. Klubumla bir yerdə dəstəyimi bildirirəm. Bu ağır zamanda onların yanındayıq. Allahdan hamısını rəhmət diləyirəm. Çox üzgünəm. Deyəcək söz tapa bilmirəm. Atəş təkcə düşdüyü yeri deyil, hamını yandırır. Bütün ölkəmizin başı sağ olsun”.
0
0