Sona 1 tur qalmış
26.05.2014 - 08:20
Serbiya çempionunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Srvena Zvezda” mövsümün sonuna 1 tur qalmış qızıl medalları təmin edib.
XXIX turda OFK-ya 4:2 hesabı ilə qalib gələn Belqrad təmsilçisi son tur öncəsi “Partizan”la 3 xallıq fərqi qoruyub. Öz aralarındakı oyunlarda üstünlüyə malik “Srvena Zvezda” 2006/07 mövsümündə qazandığı Serbiya çempionluğunu 2-ci dəfə əldə edib.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksələn Belqrad təmsilçisi əvvəllər 19 dəfə Yuqoslaviyanın ən yaxşısı olub.
0
0