Spalletti “Zenit”dən qovuldu
11.03.2014 - 00:01
Spalletti “Zenit”dən qovuldu

Rusiyanın “Zenit” futbol klubunun rəhbərliyi italiyalı baş məşqçi Luçiano Spallettini istefaya göndərmək barədə qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi postu bu mövsümün əvvəlində futbolçu karyerasını başa vuran və məşqçiliyə başlayan Sergey Semaka tapşırılıb.

 

Semak martın 11-də futbolçulara təqdim ediləcək. “Zenit” növbəti oyununu martın 15-də MOİK-ə qarşı oynayacaq.

 

Hələlik Spallettinin komandadan qovulmasının səbəbləri bilinmir. “Zenit” Rusiya çempionatında 20 turdan sonra ikinci yerdə gedir və liderdən cəmi 2 xal geridədir. Komanda Çempionlar Liqasının 1/8 finalının ilk oyununda doğma divarlar arasında “Borussiya”ya 2:4 hesabı ilə məğlub olub.

 

55 yaşlı Spalletti 2009-cu ildən “Zenit”i çalışdırır. O, bu müddət ərzində 2 dəfə Rusiya çempionu olub, 1 dəfə ölkə kubokunu və 1 dəfə Rusiya Superkubokunu qazanıb.