Sprey bütün hakimlərə paylanacaq
09.12.2014 - 15:06
Sprey bütün hakimlərə paylanacaq

“Ötən tur yalnız iki hakimə spreyin verilməsi sınaq xarakterli deyildi. Sadəcə, sifariş tur öncəsi gəldiyi üçün bundan FİFA dərəcəli hakimlər Əliyar Ağayev və Rəhim Həsənov istifadə etdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

 

O bildirib ki, bundan sonra Premyer Liqanın bütün oyunlarında hakimlər spreydən istifadə edəcəklər: “1500 ədəd sprey almışıq ki, bu da 4-5 mövsüm bizə bəs edəcək. Növbəti turdan etibarən isə Premyer Liqanın bütün oyunlarında hakimlərdə sprey olacaq”.

 

Qeyd edək ki, spreydən Azərbaycanda ilk dəfə Premyer Liqanın 15-ci turunda “İnter” – AZAL və “Qarabağ” – “Neftçi” oyununda istifadə edilmişdi.