Stamenkoviç: Onlara serb dilində mahnı öyrətməmişəm
29.08.2014 - 15:04
Stamenkoviç: Onlara serb dilində mahnı öyrətməmişəm

“Bu meydançada oynamaq çətin idi. Amma qol vurmaq üçün bizim də, onların da şansları oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç deyib.

 

O, “Neftçi”nin Avroliqanın pley-off mərhələsinin cavab görüşündə “Partizan”a uduzduğu 1:2 hesablı oyunla bağlı fikirlərini bildirib: “Partizan” matçın tempinə diktə edirdi, oyuna nəzarəti əlinə almışdı. Serbiya üçün yaxşı haldır ki, Avroliqada təmsilçisi olacaq. “Partizan”ı bu münasibətlə təbrik edirəm və onlara yüksək uğurlar arzulayıram”.

 

“Partizan”ın oyundan öncə keçirilən açıq məşqində “Neftçi” azarkeşləri “ağ-qaralar”ın əzəli rəqibi “Srvena Zvezda”nın mahnısını oxumaqla rəqibə təsir etməyə çalışmışdı. Serbiya klubunun rəsmiləri bu mahnıları “Srvena Zvezda”nın sabiq oyunçusu Stamenkoviçin öyrətməsindən şübhələnir.

 

Ancaq Saşa bu məsələyə belə münasibət göstərib: “Mən oyundan öncə onlara serb dilində mahnı öyrədilməsində iştirak etməmişəm. Düzdür, əvvəl “Srvena Zvezda”da oynamışam. Amma bunda mənim günahım yoxdur”.