Effenberq baş məşqçiliyə başlayır
13.10.2015 - 15:24
Effenberq baş məşqçiliyə başlayır

Almaniya futbolunun canlı əfsanəsi Ştefan Effenberq baş məşqçiliyə başlayır. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssis ölkəsində fəaliyyət göstərəcək.

 

Sabiq “Bavariya”lı II Bundesliqa klubu “Paderborn”un “sükanı arxası”na gətirilir. Hazırda bu klubda baş məşqçi postu boşdu və Effenberqin təyinatı məhz bu gün rəsmiləşə bilər. Çünki tərəflər bu gün sonuncu dəfə bir araya gələcək. Almaniyalı həmkarlarımız onun bu vəzifəni qəbul edəcəyini yazıblar.

 

Qeyd edək ki, ötən mövsümün sonunda Bundesliqanı tərk edən “Paderborn” hazırda II liqada 10 turdan sonra 15-ci pillədə qərarlaşır.