Sterlinq qərarını verdi
10.07.2015 - 14:53
Sterlinq qərarını verdi

“Liverpul”un gənc yarımmüdafiəçisi Rahim Sterlinq komandasının heyətində məşqlərə başlayıb. Apasport.az saytı xəbər verir ki, “mersisaydlılar”dan gedəcəyi gözlənilən hücumameyilli yarımmüdafiəçi fikrini dəyişib.

 

Sterlinqin baş məşqçi Brendan Rocerslə problemi olduğu üçün klubunu dəyişəcəyi bildirilirdi. Lakin İngiltərə yığmasının üzvü komandada qalası olub.

 

Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Sterlinq 2012-ci ildən əsas komandada çıxış edir. O, doğma klubunun heyətində 124 oyunda 23 qola imza atıb.