Stiven Cerrardın yeni komandasının adı açıqlandı
07.01.2015 - 17:44
Stiven Cerrardın yeni komandasının adı açıqlandı

 

 

Mövsümün sonunda “Liverpul”la yollarını ayıracaq Stiven Cerrard özünə yeni komanda tapıb. Apasport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi öncədən dediyi kimi, karyerasını ABŞ-da davam etdirəcək.

 

Cerrardın yeni komandası “Los Anceles Qalaksi” olacaq. Bu məlumatı MLS liqasında çıxış edən Kaliforniya klubunun baş məşqçi Bryus Arena verib. Cerrard iyul ayından etibarən MLS Kubokunun son qalibinin rəsmi futbolçusu olacaq. İngiltərə yığmasının üzvü yeni komandası ilə 1,5 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Stiven Cerrard 1998-ci ildən “Liverpul”un formasını geyinir.